Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfransda çıxış edib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir.
"Bu gün işğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır. Onların yarıdan çoxunu keçmiş qaçqın və məcburi köçkünlər təşkil edir", - deyə A.Kərimov vurğulayıb.
O həmçinin qeyd edib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində keçmiş qaçqın və məcburi köçkünlər dövlət rəhbərliyi tərəfindən onlara hədiyyə edilmiş mənzillərdə yeni həyat qururlar.
Bu günə qədər Şuşada yerli və milli əhəmiyyətli təxminən 30 abidə bərpa olunub.












