Bakı Enerji Həftəsi çərçivəsində ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib. İki ölkə arasında ümumi dəyəri 7.5 milyard dollar olan sənədlər paketi imzalanıb.
Razılaşmalar enerji, investisiya, maliyyə, texnologiya, süni intellekt və kritik minerallar sahələrini əhatə edir. SOCAR, Shell, Chevron, JP Morgan, Oracle və Lummus Technology kimi qlobal şirkətlərlə tərəfdaşlıqlar qurulub.
Deputat Vüqar Bayramov bildirib ki, bu dialoq strateji tərəfdaşlığın yeni mərhələsidir. O, ABŞ texnologiyalarının iqtisadiyyata inteqrasiyasının enerji sektorunun səmərəliliyini artıracağını vurğulayıb.
İqtisadçı Rəşad Həsənov qeyd edib ki, imzalanan sənədlər Azərbaycanı qlobal enerji bazarında strateji oyunçuya çevirir. Süni intellekt həlləri və modern idarəetmə təcrübəsi ölkənin rəqabət qabiliyyətini gücləndirəcək.











