Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkda 28 May - Müstəqillik Gününə həsr olunan bayraqqaldırma mərasimi keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Biz bu tarixi günü Azərbaycan-ABŞ icmasının üzvləri və Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq", - deyə paylaşımda vurğulanıb.












