Bond.az White LogoBond.az Black Logo

Azərbaycan BƏT-in yeni konvensiyasına qoşuldu

Azərbaycan BƏT-in 187 nömrəli Əməyin Təhlükəsizliyi və Gigiyenası Konvensiyasına qoşuldu. Cenevrədə keçirilən sessiyada nazir Anar Əliyev bildirişi təqdim etdi.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə keçirilən 114-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. İki nazirlik arasında əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.

Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir Anar Əliyev ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

Digər Xəbərlər
Bu gün / 01:01
|
845

Azərbaycanda PUA-ların yeni qaydaları

Azərbaycanda PUA-lar üçün yeni qaydalar: uçuş zonaları, real vaxt izləmə, operator sertifikatı və kibertəhlükəsizlik tələbləri.

0
Dünən / 23:00
|
418

Fransa-Kipr hərbi sazişi Türkiyəni narahat edir

Fransa-Kipr hərbi sazişi Türkiyəni narahat edir. Saziş Şərqi Aralıq dənizində gərginliyi artıra bilər.

0
Dünən / 16:35
|
736

Kremlin gizli sənədləri üzə çıxdı

Kremlin gizli sənədləri üzə çıxdı. Ermənistan əməliyyatı detalları, Netanyahu ultimatumu, Emin Əmrullayev açıqlaması və daha çox xəbər.

0
Dünən / 14:30
|
831

Azərbaycan-ABŞ TRIPP layihəsi müzakirə edildi

Azərbaycan və ABŞ arasında TRIPP layihəsinin icrası müzakirə edilib. Enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq vurğulanıb.

0
Dünən / 08:30
|
326

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Kralı III Çarlzı doğum günü münasibətilə təbrik edib.

0
Dünən / 05:31
|
319

Şuşada TDT rəqabət forumu keçirilir

Şuşada TDT rəqabət forumunda rəqabət siyasəti və regional əməkdaşlıq müzakirə olunur.

0
2026-06-12 20:30
|
371

Hikmət Hacıyev Trans-Xəzər Forumunda Azərbaycanın rolunu vurğulayıb

Hikmət Hacıyev Trans-Xəzər Forumu 2026-da Azərbaycanın Orta Dəhliz və Avrasiya nəqliyyat əlaqəsindəki strateji rolunu vurğulayıb.

0
2026-06-12 16:01
|
778

İran ABŞ-dən nə tələb edir?

İran ABŞ-dən nə tələb edir? Razılaşma detalları və digər xəbərlər - Baku TV-nin 20:00 buraxılışında.

0
2026-06-12 11:31
|
408

"Yüksəliş" müsabiqəsi: İnsan kapitalı modeli

"Yüksəliş" müsabiqəsi Azərbaycanda insan kapitalının inkişafı üçün dövlət siyasətinin uğurlu modelidir. İdarəetmə bacarıqları, liderlik və strateji düşüncə burada ölçülür.

0
2026-06-12 10:01
|
499

Yaşıllıqlar Qanununa dəyişiklik təsdiqləndi

Milli Məclis "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Kənd təsərrüfatına mane olan bitkilərin kəsilməsi qaydaları yeniləndi.

0
2026-06-12 09:31
|
352

2025-ci il dövlət büdcəsi icra olundu

2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edildi. Büdcə gəlirləri proqnozu aşdı, 39.184 milyard manat oldu.

0
2026-06-12 08:30
|
759

Adambaşına ÜDM 12.6 min manat oldu

2025-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 12.6 min manat olub, iqtisadi artım və qeyri-neft sektorunun inkişafı barədə məlumat.

0
...