Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasının 62-ci sessiyasında Avropada artan irqçilik və islamafobiyadan narahatlığını ifadə edib.
Daimi Nümayəndəlik bəyanatında qeyd olunub ki, Cənubi Qafqaz qarşıdurmadan əməkdaşlıq məkanına çevrilmək üçün tarixi fürsət qazanıb.
Azərbaycan iqtisadi və tranzit perspektivlər açıb, məcburi köçkünlərin geri qayıtması prioritetdir. Minatəmizləmə işləri isə əsas maneə olaraq qalır.
Bəyanatda Aİ-də islamofobiya, miqrantlara qarşı ayrı-seçkilik və sosial dözümsüzlük pislənilib, beynəlxalq əməkdaşlığın bərabər standartlara əsaslanması vurğulanıb.












