Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birgə mətbuata bəyanatında bildirib ki, bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır.
Dövlət başçısı vurğulayıb: "Biz həm Azərbaycanda, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq, bu işlər davam edir."












