İyunun 8-də Bakıda Azərbaycan və Suriya xarici işlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.
Görüşdə konsulluq sahəsində əməkdaşlıq, yeni sənədlərin imzalanması və rəqəmsallaşdırma müzakirə olunub.
Tərəflər vətəndaşların hüquqlarının qorunması və repatriasiya məsələlərini də nəzərdən keçiriblər.
Suriya tərəfi Azərbaycanın konsulluq təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib.












