Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün Bakıya gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qeydiyyat tələbindən azaddırlar.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, bu azadlıq 30 gün müddətində qüvvədədir.
Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.











