Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanla əməkdaşlığın bütün əsas sahələr üzrə inkişaf edəcəyini bildirib.
O, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
Berdiməhəmmədov vurğulayıb ki, bu əməkdaşlıq hər iki ölkənin və xalqların uzunmüddətli maraqlarına cavab verir.












