Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda Müstəqillik Günü münasibətilə səmimi təbriklərini ifadə edən BƏƏ lideri, Prezidentə cansağlığı, xalqına isə rifah və tərəqqi arzulayıb.











