BMT baş katibinin Kabinet rəhbəri Kortni Ratrey Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda çıxış edib.
O, Azərbaycan kimliyinin qitələr və sivilizasiyaların qovşağında formalaşdığını vurğulayıb.
Tədbirə diplomatlar və yüksəkvəzifəli rəsmilər qatılıb.
Səfir Tofiq Musayev Azərbaycan Xalq Cümhuriyyətinin irsini və BMT-dəki töhfələrini qeyd edib.












