Böyük Britaniya yenidən Avropa İttifaqına qayıdacaqmı? Brexitdən 8 il sonra bu sual aktuallaşıb. Baş nazir Kir Starmerin istefası və iqtisadi çətinliklər Britaniyanı Aİ ilə münasibətləri yenidən nəzərdən keçirməyə vadar edir.
Britaniyalıların əksəriyyəti Brexit nəticələrindən narazıdır. Migrasiya axını dəyişib: Avropalıların yerini hindistanlılar və nigeriyalılar tutub. Gənc nəsil Aİ-yə qayıdışı dəstəkləyir.
Lakin yaxın gələcəkdə qayıdış gözlənilmir. Uzunmüddətli perspektivdə isə bu ehtimal istisna edilmir. Aİ rəsmiləri də bu məsələdə ehtiyatlıdır.












