Dubaydakı məşhur "Bürc-Xəlifə" göydələni Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın Dubay konsulluğu "X" hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub ki, hazırda dünyanın ən hündür binası Azərbaycan dövlət bayrağının rənglərini əks etdirir.












