Bond.az White LogoBond.az Black Logo

Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ nümayəndəsi Abraham Hamade ilə TRIPP layihəsini və ikitərəfli əlaqələri müzakirə etdi.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

17 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayıb. O, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.

Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.

Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı qeyd edilib.

Nazir Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışaraq, yaşıl enerji sahəsində layihələr barədə məlumat verib. Azərbaycan-ABŞ arasında bu sahədə əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq imkanları qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Digər Xəbərlər
Bu gün / 15:02
|
355

Xocalıda baramaçılıq infrastrukturuna baxış

Xocalıda baramaçılıq infrastrukturuna baxış keçirilib. Daşbulaq kəndində tut bağı və yeni infrastruktur nümayiş olunub.

0
Bu gün / 15:02
|
919

Paşinyanın geosiyasi qumarı

Yeni dünya düzəni və Ermənistan: Paşinyanın riskli geosiyasi qumarı müzakirə edilir.

0
Bu gün / 15:01
|
428

Paşinyan: Sülh əleyhdarlarına qarşı mübarizə vacibdir

Nikol Paşinyan Azərbaycanla sülh prosesinə qarşı çıxan qüvvələrə qarşı mübarizəyə çağırır.

0
Bu gün / 14:31
|
579

Baş prokuror İƏT nümayəndələri ilə görüşüb

Azərbaycan baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatı nümayəndələri ilə görüşüb, əməkdaşlıq və birgə tədbirlər müzakirə olunub.

0
Bu gün / 14:01
|
929

Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ nümayəndəsi Abraham Hamade ilə TRIPP layihəsini və ikitərəfli əlaqələri müzakirə etdi.

0
Bu gün / 12:01
|
249

Ağdərə Baş planı təqdim olundu

Ağdərə şəhərinin Baş planı Əlaqələndirmə Qərargahının iclasında təqdim olundu. Şəhərin inkişaf perspektivləri haqqında məlumat.

0
Bu gün / 12:00
|
429

İlham Əliyev səhiyyə işçilərini təltif etdi

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 3-cü dərəcəli "Əmək" ordeni və "Tərəqqi" medalı təqdim olunub.

0
Bu gün / 11:32
|
402

Prezident İslam İnkişaf Bankı sədrini "Dostluq" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev İslam İnkişaf Bankının sədrini "Dostluq" ordeni ilə təltif etdi. Sərəncam imzalanıb.

0
Bu gün / 11:00
|
680

Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycana səfər edir. O, İƏT Pİ Konfransının 20-ci sessiyasında iştirak edəcək.

0
Bu gün / 08:31
|
798

Psixiatriya müalicə üsulları genişlənib

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov psixiatriya müalicə üsullarının genişləndiyini bildirib.

0
Bu gün / 06:32
|
918

Əli Əsədov: Azərbaycan investisiya platforması yaradıb

Azərbaycanın baş naziri Əli Əsədov bildirib ki, ölkə investisiya dialoqu üçün beynəlxalq platforma yaradıb.

0
Bu gün / 06:32
|
313

İlham Əliyev ABŞ konqresmeni qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Konqresinin üzvü Abraham Hamadeni qəbul etdi. Görüşdə strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olundu.

0
...
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə görüşdü | Bond.az