Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində C. Bayramovun 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.












