Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası (EAPCA) Niderland parlamentinin Nümayəndələr Palatasının aprelin 16-da Haaqada Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə etiraz müraciəti təqdim edib.
Oxu.Az xəbər verir ki, EAPCA-nın rəhbəri Sahil Qasımov mayın 26-da rəsmi müraciəti Niderland parlamentinin Xarici əlaqələr komitəsinin katibi Aryen Vesterhofa və krallıq əlaqələri və xarici işlər üzrə katib Cenifer Riçardsona təqdim edib.
Görüşdə EAPCA İdarə Heyətinin üzvü Ofelya Babayeva, qurumun gənc üzvləri Mendi Viynqart, Umut Demirtaş, Ağdamdan olan İlkane van den Berq də iştirak ediblər.
Müraciətdə Niderland parlamentinin obyektivlikdən uzaq mövqe sərgilədiyi, Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyi vurğulanır.
EAPCA Niderland parlamentini Cənubi Qafqazda yeni reallıqları qəbul etməyə çağırır.












