Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiq edib.
Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə sistemdəki açıq məlumatları "Açıq məlumatlar" portalına ötürməli və yeniləməlidir.
Əsasnamə Enerji effektivliyi informasiya sisteminin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Sistemin sahibi və operatoru Energetika Nazirliyidir.
Məqsəd dövlət idarəetməsini optimallaşdırmaq, təhlil, proqnoz və hesabatlar hazırlamaq, xidmət keyfiyyətini artırmaqdır.
Sistemdəki məlumatlar dövlət mülkiyyətidir.
Fərdi məlumatlar qanunvericiliyə uyğun qorunur.












