Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Ərdoğan qeyd edir ki, Əliyevin liderliyi sayəsində Azərbaycan davamlı güclənir və nüfuzu artır.
O, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyini vurğulayıb.
Prezident Ərdoğan əmin olduğunu bildirib ki, əməkdaşlıq və birgə layihələr xalqların rifahına və regional sülhə töhfə verəcək.












