Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinə müraciət göndərib.
O, türk dünyasında institusional əməkdaşlığın İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarı ilə dərinləşdiyini vurğulayıb.
Ərdoğan qeyd edib: "Türkiyənin ən səmimi arzusu türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığı güclə 'Türk əsri'ni inşa etməsidir".












