Bond.az White LogoBond.az Black Logo

Ərdoğandan Əliyevə qardaşlıq mesajı - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Anar Quliyev
Müəllif:Anar Quliyev- Senior Editor
|
0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında yayımlanan reportajda məlumat verilib.

Qeyd olunub ki, Türkiyə lideri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarına təbrik ünvanlayıb.

"Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasından böyük qürur və iftixar hissi keçiririk. Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri ümummilli lider Heydər Əliyevin bizə mirası olan "Bir millət, iki dövlət" prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik", - deyə telekanal Ərdoğanın təbrikindən sitat gətirib.

Türkiyə telekanalı xatırladıb ki, ötən il Azərbaycanın Müstəqillik Gününü Laçında İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Pakistan lideri Məhəmməd Şahbaz Şərif bir yerdə qeyd ediblər.

"İlham Əliyev bütün dünyaya örnək olan bir siyasət yürüdür", - deyə telekanal Ərdoğanın keçən il Laçında söylədiyi fikirlərdən sitat gətirib.

Digər Xəbərlər
2026-07-05 19:01
|
896

Yaxın Şərq gərginliyi Azərbaycanın gücünü artırdı

Yaxın Şərqdəki gərginlik Azərbaycanın strateji gücünü necə artırdı? Baku TV-nin Yekunlaşdıraq verilişində təhlil.

0
2026-07-05 15:03
|
876

Zimbabve spikeri Azərbaycanda

Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Hava Limanında qarşılanan nümayəndə heyəti görüşlər keçirəcək.

0
2026-07-05 09:30
|
979

Paşinyan: Yeni konstitusiya gündəmdədir

Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulunun gündəmdə olduğunu açıqlayıb.

0
2026-07-03 20:00
|
914

Leyla Əliyeva doğum günü təbriklərinə təşəkkür etdi

Leyla Əliyeva doğum günü paylaşımı edərək təbriklərə təşəkkür edib. Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə minnətdarlıq bildirib.

0
2026-07-03 19:31
|
230

Azərbaycan PUA sahəsində regional liderdir

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları sahəsində liderdir. Yerli istehsal və satınalmalarla potensialını artırır.

0
2026-07-03 19:01
|
361

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rənglərində işıqlandırılaraq 250 illik müstəqillik yubileyini qeyd edir.

0
2026-07-03 16:33
|
258

Vilayət Eyvazovdan vacib qərar: Hərbi Prokurorluğun səlahiyyətləri azaldıldı

Daxili işlər naziri Vilayət Eyvazovun qərarı ilə hərbi prokurorluğun cinayət uçotu səlahiyyətləri DİN-ə keçirilib.

0
2026-07-03 09:18
|
404

Ermənistana 976 ton buğda tranziti

Rusiyadan Ermənistana 976 ton buğda Azərbaycan tranziti ilə göndərildi. Qatar Biləcəri stansiyasından yola düşüb.

0
2026-07-02 20:32
|
974

Leyla Əliyevanın doğum günü qeyd olunur

Leyla Əliyevanın doğum günü münasibətilə onun həyatı, fəaliyyəti və mükafatları haqqında məlumat.

0
2026-07-02 18:03
|
982

Paşinyan: Dəmir yolu bərpa olunur

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu xətlərinin bərpa edildiyini açıqladı.

0
2026-07-02 17:32
|
274

Ursula fon der Lyayen Azərbaycana səfər videosu paylaşdı

Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videonu Instagram-da paylaşaraq Cənubi Qafqaz üçün 200 milyon avroluq sülh proqramını elan edib.

0
2026-07-02 14:05
|
722

Azərbaycan-Aİ: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-Aİ strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Deputat Səbinə Salmanova əməkdaşlığın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində genişləndiyini bildirib.

0
...
Ərdoğandan Əliyevə qardaşlıq mesajı - Video | Bond.az