Ermənistan nəzəri baxımdan Azərbaycan, Türkmənistan və ya İrandan təbii qaz ala bilər. Bu barədə Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının rəhbəri Mesrop Mesropyan brifinqdə bildirib.
Jurnalistlər Mesropyana Rusiya qazını əvəz edə biləcək alternativlər barədə sual veriblər. O, siyasi qərarların qəbulunda iştirak etmədiyini, lakin qonşu dövlətlərdən qaz tədarükünün mümkün olduğunu deyib.
Mesropyan Rusiya qazının Ermənistan üçün bahalaşa biləcəyini ehtimal edib, lakin rəsmi məlumatın olmadığını əlavə edib. Rusiya XİN isə Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, qaz tədarükü sazişini ləğv edə biləcəyini bildirib.












