Son dövrlərdə Ermənistanda keçirilən seçki prosesi regionda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Söhbət təkcə vətəndaşların seçim hüququndan getmir. Bu seçki faktiki olaraq Qərblə Rusiya arasında təsir mübarizəsinin növbəti mərhələsidir.
Siyasi elmlər doktoru Şəbnəm Həsənova Oxu.Az-a bildirib ki, seçki kampaniyası tarixi faktların təhrif edilməsi, populist çıxışlar və siyasi manipulyasiyalarla yadda qalıb. Namizədlər sosial-iqtisadi problemləri müzakirə etmək əvəzinə, yenə də Azərbaycan amilini ön plana çıxarıblar.
O qeyd edib ki, Ermənistan siyasi elitası hələ də müstəqil gələcək baxışı formalaşdırmaqda çətinlik çəkir. Səsvermə günü qanun pozuntuları ilə yadda qalıb. Ermənistan Daxili İşlər Nazirliyi çoxsaylı şikayətlər aldığını və 6 nəfərin saxlanıldığını açıqlayıb.
Həsənova vurğulayıb ki, pozuntulara Avropa institutlarının susqunluğu diqqət çəkir. Demokratiya prinsipləri seçici şəkildə tətbiq edilir. Beynəlxalq missiyalar obyektiv araşdırma aparmalıdır.












