Merna Alzurikat: "Gənc nəsil ev almağa və ya kirayələməyə çətinlik çəkir". Bu sözləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) BMT-nin gənc lideri deyib.
İordaniya Kosmik Tədqiqatlar Təşəbbüsünün direktoru Alzurikat bildirib ki, ölkəsində kolonial təsirlər səbəbindən mənzil problemi var. İctimai xidmətlərin özəlləşdirilməsi vəziyyəti daha da çətinləşdirir.
"Gənclər iş tapmaqda çətinlik çəkir, gəlirləri azdır. Ev almaq və ya kirayələmək onlar üçün böyük problemdir", - deyə o qeyd edib.
BMT nümayəndəsi vurğulayıb ki, İordaniya qaçqın qəbul edən ölkə kimi tanınır. Mənzil təkcə sığınacaq deyil, həm də ləyaqətli həyat şəraitidir.
"İnsanların əsas hüquqlarını itirmədən yaşaması vacibdir. Ümid edirəm ki, bu müzakirələr faydalı olacaq", - deyə Alzurikat əlavə edib.











