Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az məktubun mətnini təqdim edir: "Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
28 May rəmzi və tarixi əhəmiyyətə malik bir gündür, Azərbaycan xalqının müstəqillik, dövlət quruculuğu və milli birlik arzusunu əks etdirir.
Gürcüstan Azərbaycanla möhkəm dostluğa və strateji tərəfdaşlığa böyük əhəmiyyət verir.
Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında əməkdaşlıq bir çox istiqamətlərdə uğurla inkişaf edir.
Əminəm ki, ənənəvi yaxın münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və regionda sabitliyə töhfə verəcək.
Cənab Prezident, ehtiramımı qəbul edin. Sizə uğurlar, Azərbaycana sülh və rifah arzulayıram".












