1993-cü ilin iyununda Azərbaycan müstəqillik tarixinin ən mürəkkəb dövrünü yaşayırdı. Siyasi böhran dərinləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir vaxtda xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas etdi.
Ümummilli lider sabitliyin, inkişafın və dövlət quruculuğunun əsasını qoydu. 15 İyun Milli Qurtuluş Günü kimi qeyd olunur. Heydər Əliyev həm də Türkiyə ilə strateji tərəfdaşlığı möhkəmləndirdi.
TBMM Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, ilk görüşünü 1995-ci ildə TBMM-də olduğunu deyib.
Şamil Ayrım: "1996-cı ildə Hüseyn Cavidin məqbərəsinin açılışında iştirak etdim. Heydər Əliyev məni Naxçıvana dəvət etdi. O gündən sarsılmaz əlaqələrimiz yarandı."
O, qurtuluş günü hadisələrini Türkiyədən izlədiyini bildirib: "Azərbaycanda daxili vəziyyət qarışıq idi. Heydər Əliyev hakimiyyətə qayıdaraq iqtisadi böhrana çarə tapdı, hərbi və diplomatik inkişafın təməlini qoydu."
"Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi. Heydər Əliyev Türkiyə ilə əlaqələri gücləndirdi. Onun sözləri: "Türkiyə ilə Azərbaycan elə bağlanmalıdır ki, bizi heç kim ayıra bilməsin."












