İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakının və Azərbaycanın regionda inkişaf impulsunu nümayiş etdirdiyini vurğulayıb.
O, İİB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən görüşdə bildirib ki, ailə kökləri karvansaraçılıq ənənəsinə gedib çıxır və Bakıda bu irsi xatırlayıb.
Əl-Casir qeyd edib ki, karvansarada olması onu əcdadlarını düşünməyə vadar edib. Belə həyat tərzi mədəniyyətlərin yaxınlaşmasına və yoxsulluqla mübarizədə zəhmətin anlaşılmasına şərait yaradır.
İİB sədri Bakı ilə uzunmüddətli əlaqələrindən danışıb. BVF-də icraçı direktor işləyərkən Azərbaycanın üzvlük prosesində iştirak edib. Səudiyyə Ərəbistanının tapşırığı ilə ölkələrin maliyyə institutlarına inteqrasiyasına dəstək verib.
Şəhərin transformasiyası göz qabağındadır: "Keçmiş sovet dövrü geridə qalıb, indi inkişaf xalqın idarəçiliyi ilə gələcək nəsillər üçün davam edir."












