Bond.az White LogoBond.az Black Logo

İlham Əliyev Çin baş nazirinin müavinini qəbul etdi

Prezident İlham Əliyev Çin Dövlət Şurasının baş nazirinin müavini Can Quoçini qəbul edib. Görüşdə strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olunub.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Çin Dövlət Şurasının baş nazirinin müavini Can Quoçini qəbul edib.

Qonaq, ilk növbədə, Çin sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb. Si Cinpin İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.

Prezident təşəkkür edib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. İlham Əliyev Çin sədrinin onu daimi dost adlandırmasını yüksək qiymətləndirdiyini bildirib.

Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etməkdən şərəf hissi duyduğunu deyib. O, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezidentə təbriklərini çatdırıb.

Dövlət başçısı Çinin yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb. Can Quoçin Azərbaycanın Tayvan məsələsindəki mövqeyinə görə təşəkkür edib, Çinin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırlayıb, hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib. O, Azərbaycanın separatizmin bütün forma və təzahürlərini pislədiyini, "vahid Çin" siyasətini dəstəklədiyini vurğulayıb.

Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə perspektivlər müzakirə olunub.

Digər Xəbərlər
Bu gün / 15:32
|
876

Apellyasiya məhkəməsi davam etdirilib

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının işi üzrə apellyasiya prosesi davam edir.

0
Bu gün / 14:31
|
413

Ceyhun Bayramov ICMP baş direktoru ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ICMP baş direktoru Katrin Bomberger ilə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini müzakirə edib.

0
Bu gün / 13:31
|
555

İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuelada baş vermiş zəlzələ ilə əlaqədar Delsi Rodriqesə başsağlığı verdi.

0
Bu gün / 13:04
|
469

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

Prezident İlham Əliyevin yeni fərmanı ilə DTX strateji obyektlərin mühafizəsində əməliyyat-axtarış səlahiyyəti qazandı.

0
Bu gün / 12:31
|
265

Korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi

Azərbaycanda korrupsiya xəbərçiləri və yaxınlarına təzyiq qadağan edildi. Prezident İlham Əliyev müvafiq qanunu imzaladı.

0
Bu gün / 12:31
|
351

Prezident Esvatini ilə memorandumu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanla Esvatini arasında dövlət xidmətləri sahəsində əməkdaşlıq memorandumunu təsdiqləyib.

0
Bu gün / 11:30
|
352

‘Elektron icra’ sisteminin imkanları genişləndi

‘Elektron icra’ informasiya sisteminin funksionallığı artırılıb – yeni qərarla sənəd və əmlak uçotu təmin edilir.

0
Bu gün / 10:02
|
442

Leyla və Arzu Əliyeva Onkologiya Mərkəzində

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində oldular. Detallar Bond.az-da.

0
Bu gün / 10:02
|
265

Özbəkistandan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu təklifi

Özbəkistan TDT-yə radikalizmlə mübarizə üçün işçi qrupu yaradılması və digər təkliflər təqdim edib.

0
Bu gün / 09:31
|
428

Sodik Toşboyev: İslam elminin yayılmasında alimlərin rolu

Sodik Toşboyev İslam elminin yayılmasında alimlərin rolunu vurğulayıb, TDT görüşündə İslam Forumuna dəvət edib.

0
Bu gün / 09:03
|
595

Safi Arpaquş: İslam dünyasında iki növ cəhalət

Safi Arpaquş TDT görüşündə islam dünyasında iki növ cəhaləti açıqladı: dini bilik çatışmazlığı və xarici ssenarilər haqqında məlumatsızlıq.

0
Bu gün / 08:00
|
397

Şuşada TDT ölkələrinin dini qurum rəhbərləri görüşür

Şuşada TDT ölkələrinin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir. Məqsəd ortaq mənəvi dəyərləri qorumaq və əməkdaşlığı gücləndirməkdir.

0
...
İlham Əliyev Çin baş nazirinin müavinini qəbul etdi | Bond.az