Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Sizi - müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram."
Prezident vurğulayıb ki, Oljas Süleymenov türk dünyasının qüdrətli simalarındandır və onun yaradıcılığı geniş oxucu kütləsi tərəfindən sevilir. Həmçinin qeyd olunub ki, onun ictimai-siyasi fəaliyyəti Azərbaycanın haqq işinə dəstək olub.












