Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edib.
O, Azərbaycanın müstəqillik tarixindən danışaraq ilk iki ilin işğal, müharibə və humanitar fəlakətlərlə yadda qaldığını bildirib.
Lakin sonrakı dövrlərdə ölkədə siyasi, iqtisadi və sosial sabitliyin təmin edildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, sabitlik bu gün Azərbaycanın reallığıdır.












