Prezident İlham Əliyev "Euronews"a müsahibəsində bildirib ki, Azərbaycan şəhər və kəndlərin sıfırdan qurulması sahəsində misilsiz təcrübəyə malikdir.
Dövlət başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı dağıntıları bu yanaşmanı zəruri edib.
Beş il ərzində 85 min insanın doğma torpaqlarına qayıdışının təmin olunduğunu vurğulayan Prezident, mərhələli və paralel inkişafın əhəmiyyətini qeyd edib.












