Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib.
Dövlət başçısı Tokayevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uğurlar, qardaş Qazaxıstan xalqına rifah və tərəqqi arzulayıb.
Qazaxıstan lideri göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Həmçinin, mayın 15-də Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü xatırlanıb, tədbirin Türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.












