Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. "Onlar Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilərdilər, lakin istəmirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik".
Prezident qeyd edib ki, 17 il ərzində danışıqlar apardı, lakin böyük dövlətlər həqiqəti qəbul etmirdilər. "Biz deyirdik: 'Haqq bizim tərəfimizdədir'. Cavab olaraq isə deyirdilər: 'Gedin razılaşın, müharibəyə başlaya bilməzsiniz, sanksiyalara məruz qalacaqsınız'".












