Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışında çıxış edib.
O bildirib ki, ötən illərdə əhalinin 30%-dən çoxunu əhatə edən sosial dəstək layihələri icra edilib.
“Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir”, – deyə Prezident vurğulayıb.
Dövlət başçısı məşğulluğun qorunmasının həmişə diqqət mərkəzində olacağını qeyd edib.












