Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən "Yaşıl çay" fermer təsərrüfatında olub.
Təsərrüfatın fəaliyyəti, çay sortları və məhsulları ilə tanış olan Leyla Əliyeva çay yığımında iştirak edib, işçilərlə söhbət edib.
Təsərrüfat sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektar ərazini əhatə edir, 55 hektarı çay plantasiyasıdır. Ekoloji kənd təsərrüfatı və aqroturizm potensialı vurğulanıb.












