Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəki şəhərindəki 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.
O, uşaqların hazırladığı bədii proqramı izləyib, onlara hədiyyələr verib və xatirə şəkilləri çəkdirib.
1936-cı ildən fəaliyyət göstərən müəssisə 2018-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Burada valideyn himayəsindən məhrum uşaqlar yaşayır və sosial reabilitasiya xidmətləri alır.












