Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Aksiya ərazinin yaşıllıq sahələrini zənginləşdirmək və estetik görünüşü artırmaq məqsədi daşıyır. Xüsusi landşaft kompozisiyalarına uyğun minlərlə mövsümi gül əkilib.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən tədbir ekoloji təşəbbüsləri təşviq edir, ətraf mühitə məsuliyyətli münasibəti formalaşdırır və Dənizkənarı Milli Parkın qorunmasına dəstəyi artırır.












