Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfər ediblər.
Onlar dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılığı ilə tanış olublar. Sənətkarın evində yerləşən emalatxanada olan qonaqlar onun əl işlərinə baxış keçiriblər.
Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar barədə məlumat verib. Leyla Əliyeva və Arzu Əliyeva oyma prosesi ilə tanış olub, sənətkarla birlikdə əl işləri hazırlayıblar.
Samir Həbibov bu qədim sənəti uşaq yaşlarından atasından öyrənib. O, müxtəlif ağac materiallarından milli ornamentlərlə bəzədilmiş suvenirlər, dekorativ əşyalar və məişət üçün əl işləri hazırlayır. Məhsulları ABAD satış şəbəkəsi vasitəsilə təqdim olunur.












