Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycana işgüzar səfər edib.
O, "X" hesabında səfərin məqsədini açıqlayıb: "Bakıya eniş. Aİ Cənubi Qafqazın parlaq gələcəyinə inanır: qarşılıqlı əlaqəli, dinc və çiçəklənən. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik."
Lyayen Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb: "Ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər."












