Azərbaycanın İspaniyadakı səfirliyi Madriddə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə İspaniya Xarici İşlər Nazirliyinin baş direktoru Luis Fonseka Sançes, yüksək rütbəli diplomatlar, parlament üzvləri, senatorlar, diplomatik korpus nümayəndələri, iş adamları və Azərbaycan icması iştirak edib.
Əvvəlcə dövlət himnləri səsləndirilib. Səfir Ramiz Həsənov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin 108 illik tarixi əhəmiyyətindən danışıb.
O, ölkənin müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurları, Heydər Əliyev və İlham Əliyevin rəhbərliyindəki inkişafı vurğulayıb.
Səfir həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülməsini qeyd edib.
İspan-Azərbaycan əlaqələrinin yüksələn dinamikasına diqqət çəkilib. İspaniya nümayəndəsi Luis Fonseka Sançes təbrik edib.
Mədəni proqramda tar ifaçısı İbrahim Babayev və flamenko rəqqasəsi Kristina Kazorla birgə çıxış edib. Qonaqlara milli mətbəx nümunələri təqdim olunub.
Həmçinin, Sibeles fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.












