Bond.az White LogoBond.az Black Logo

Məşhur "91"çi: Milli Qurtuluş Günü şanlı dövlətçilik tarixidir

Məşhur "91"çi Lütvəli Şıxəliyev: Milli Qurtuluş Günü Heydər Əliyevin ölkəni xilas etdiyi şanlı dövlətçilik tarixidir.

Fuad İbrahimov
Müəllif:Fuad İbrahimov- Senior Editor
|
0

Azərbaycan xalqı bu gün müasir dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən birini – 15 İyun Milli Qurtuluş Gününü qeyd edir. 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni daxili xaosdan və parçalanma təhlükəsindən xilas edərək, bugünkü sabitliyin təməlini qoyub.

Oxu.Az-a açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Saatlı rayon təşkilatının sabiq sədri, məşhur "91-lər"dən olan Lütvəli Şıxəliyev ümummilli liderin tarixi missiyasından bəhs edib. O qeyd edib ki, Heydər Əliyev kimi şəxsiyyətlər dünyada nadir hallarda gəlirlər.

"Ümumiyyətlə, rayon təşkilatı olaraq ulu öndərin tədbirlərində daimi iştirak etmişik, doğum günlərini xüsusi şəkildə keçirmişik. Heydər Əliyevin Azərbaycanın dövlətçilik, müstəqillik tarixində adı xüsusidir. O, Azərbaycanı hər şeydən çox sevirdi. Hakimiyyətə gələndə məsuliyyəti çox yaxşı dərk edirdi. Azərbaycan Prezidenti olduqdan qısa müddət sonra ciddi qərarlar verməyə başladı. Ölkənin inkişafında gecə-gündüz çalışdı. Bu məqamda vurğulanmalıdır ki, Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdığı və ölkəni parçalanmaqdan xilas etdiyi şanlı dövlətçilik tarixidir. Bu qayıdış ölkədə baş qaldıran daxili xaosu, vətəndaş müharibəsi təhlükəsini və kəskin geosiyasi ziddiyyətləri aradan qaldırdı. Ulu öndərin hakimiyyətə gəlişi həmin vaxt üçün gələcək inkişafın təməli olan qlobal neft müqavilələrinin və 'Əsrin müqaviləsi'nin imzalanmasına yol açdı. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı".

L.Şıxəliyev əlavə edib ki, Heydər Əliyev heç bir qarşılıq gözləmədən xalqı üçün çalışıb: "Hamı onun necə şəxsiyyət olduğunu bilir. Heydər Əliyev kimi biri dünyaya nadirən gəlir. 1998-ci il seçkilərindən əvvəl Sabirabadda iclas keçirilirdi və ulu öndər orada iştirak edirdi. Biz orada Heydər Əliyevlə görüşdük. Ümummilli lider olduqca təmkinli, sakit, hər şeyin dəqiq vaxtını bilən şəxsiyyət idi. O, imanlı şəxs üçün dindar, əməksevər üçün zəhmətkeş, siyasətçi üçün lider idi. Təəssüf ki, onun kimi insanı itirdik. Xalq ona səmimi şəkildə inanırdı".

Digər Xəbərlər
Bu gün / 11:30
|
717

Milli Qurtuluş Günü: Heydər Əliyevin xalqı xilası

Milli Qurtuluş Günü: Heydər Əliyevin xalqı xilas etməsi, 1993-cü il tarixi hadisələr haqqında video.

0
Bu gün / 09:30
|
204

Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət etdi

Baş nazir Əli Əsədov Milli Qurtuluş Günündə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

0
Bu gün / 09:30
|
555

Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas etdi

Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas etdi - "Haber Global" reportajı. 15 iyun Milli Quruluş Günü.

0
Bu gün / 09:02
|
940

Türkiyə MN: Azərbaycanla çiyin-çiyinəyik

Türkiyə MN Azərbaycanı Milli Qurtuluş Günündə təbrik edib, qardaşlıq vurğulanıb.

0
Bu gün / 08:00
|
832

Bakı ABŞ-İran razılaşmasını alqışlayır

Azərbaycan XİN ABŞ və İran arasında imzalanan anlaşma memorandumunu alqışlayır, Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir.

0
Bu gün / 07:32
|
879

TDT baş katibi Azərbaycanı təbrik etdi

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

0
Bu gün / 07:01
|
964

Müşfiq Məmmədli: Milli Qurtuluş Günü xilasın başlanğıcı

Deputat Müşfiq Məmmədli Milli Qurtuluş Gününün Azərbaycanın xilasının başlanğıcı olduğunu vurğulayıb.

0
Bu gün / 06:32
|
707

Türkmənistan prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı ikitərəfli sənədlər imzalanacaq.

0
Bu gün / 06:03
|
906

Aydın Kərimov: Azad edilmiş ərazilərdə 80 mindən çox insan yaşayır

Aydın Kərimov azad edilmiş ərazilərdə 80 mindən çox insanın yaşadığını və çalışdığını bildirdi. Şuşada 30 abidə bərpa edilib.

0
Bu gün / 06:02
|
641

Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmenti olacaq

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini açıqladı.

0
Bu gün / 06:00
|
414

Heydər Əliyevin dövlətçiliyə töhfəsi: müstəqil Azərbaycan

Elmira Axundova Heydər Əliyevlə ilk görüşünü, onun sadəliyini və dövlətçiliyə töhfəsini danışır.

0
Bu gün / 05:32
|
354

Heydər Əliyev Azərbaycanı xilas etdi

Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. 15 İyun Milli Qurtuluş Günü - Türkiyədən baxış. Şamil Ayrımın xatirələri.

0
...
Məşhur "91"çi: Milli Qurtuluş Günü şanlı dövlətçilik tarixidir | Bond.az