Mexiko şəhərinin meri Klara Bruqada, WUF13 çərçivəsində bildirib ki, paytaxt 2030-cü ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır.
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi estafetini UN-Habitat ilə birgə təhvil verib. Bruqada qeyd edib ki, yaxın illərdə əsas diqqət 2030-cü ilədək olan gündəliyin həyata keçirilməsinə yönəldiləcək.
2028-ci ildə forumun əsas mövzusu 2030-cü ilədək olan gündəliyin müzakirəsi olacaq. O vurğulayıb ki, bu dövr BMT-nin bərabərsizliyin azaldılması, resursların yenidən bölüşdürülməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm mərhələdir.
Merin sözlərinə görə, əsas diqqət mənzil siyasəti, şəhərə olan hüquq və şəhərsalma mövzularına yönəldiləcək. O, həmçinin qeyd edib ki, mövcud şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi zərurəti var.












