ANAMA sədri Vüqar Süleymanov deyib: "Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir".
Bu sözlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında səslənib.
Süleymanov qeyd edib ki, minatəmizləmə insanları xilas etməklə yanaşı, evlərin, infrastrukturun, kənd təsərrüfatının bərpası üçün şərait yaradır.
"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə şəhərsalma və yenidənqurma prosesinə inteqrasiya olunub.
2020-ci ildən 270 min hektar ərazi təmizlənib, 250 mindən çox mina zərərsizləşdirilib.












