Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət edib.
Mirziyoyev qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən qurultay türk xalqlarının elm və mədəni həyatında yeni dövrün əsasını qoyan böyük tarixi hadisədir.
Prezident vurğulayıb ki, həmin qurultayda Özbəkistanın 11 tanınmış ziyalısı iştirak edib və bu gün bu forum türk xalqlarını birləşdirən ortaq dəyərlərə hörmətin təcəssümüdür.












