Azərbaycanda pambıqçılıq sahəsində yeni dəstək mexanizmləri tətbiq olunacaq. Bu barədə Prezidentin köməkçisi Zeynal Nağdəliyev məlumat verib.
Nağdəliyev bildirib ki, pambıqçılıqda məhsul subsidiyaları davam etdiriləcək, həmçinin mahlıcın qiymət dəyişkənliyi risklərinə qarşı sığorta mexanizmləri hazırlanacaq.
Yeni mexanizmlər fermerlərin gəlir sabitliyini qoruyacaq, istehsalın planlaşdırılmasını etibarlı edəcək və maliyyə risklərini azaldacaq.
Bundan əlavə, pambıq emalı sənayesinin inkişafı üçün yeni iplik, parça və tekstil müəssisələri yaradılacaq, dövlət dəstəyi göstəriləcək.
Hər hektardan 5 ton məhsul hədəfi müəyyən edilib. Müasir suvarma sistemləri, texnika təminatı və lazer hamarlama texnologiyası tətbiq olunacaq.












