Milli Məclis plenar iclasında bir sıra məhkəmələrə yeni hakim təyinatlarını təsdiqləyib. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə məhkəmələrə hakimlər təyin ediləcək.
Bakı Apellyasiya Məhkəməsinə təyin olunanlar arasında Aytən Əliyeva, Telman Hüseynov, Elnur Nuriyev, Fərid İsmayılzadə, Elşən Abdullayev, Elməddin Hüseynov və Rəna Qafarova var.
Vahid Sadıqov və Nural Əliyev isə apellyasiya məhkəməsi hakimi vəzifəsindən azad edilib. Bilal Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə təyin olunub.
Şəki Apellyasiya Məhkəməsinə Etibar Mustafayev və Anar Əsgərov, Şirvan Apellyasiya Məhkəməsinə isə Fəxri Hacızadə və Nicat Ağabəyov təyin edilib.
Qərar layihələri səsə qoyularaq bir oxunuşda qəbul olunub.












