Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günündə xalqa müraciətində yeni konstitusiyanın qəbulunun hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində olduğunu bildirib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan seçki nəticələrinə əsasən formalaşan çoxluğun proqramına yeni konstitusiyanın daxil olduğunu vurğulayıb.
Paşinyan konstitusiyanın əhəmiyyətini hüquq qaydası, konstitusiya quruluşu və onun xalqla bağlılığında görür.











