Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına müraciət edib.
Prezident bildirib ki, İƏT Ermənistanın təcavüzü zamanı və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
“İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.












