Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışında çıxış edib.
“Bu dəfə biz WUF13-də rekord sayda iştirakçıları qəbul edirik”, – deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir.












