Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə can atdığını göstərir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında deyib.
Hacıyev qeyd edib ki, Azərbaycan işğal və hərbi təcavüzlə üzləşib: "Altı il əvvəl ölkəmizin 20%-i işğal altında idi. Biz xarici təcavüz, işğal, mədəniyyət abidələrinin dağıdılması, etnik təmizləmə yaşadıq."
O vurğulayıb ki, bu gün ərazinin 13%-i minalarla çirklənib: "Lakin biz suverenliyimizi bərpa etdik, Ermənistanla əməkdaşlığa başladıq. Bu, sülhə can atdığımızı göstərir."












