Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib. Oxu.Az-a istinadən verilən məlumata görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında deyib.
O qeyd edib ki, müasir texnologiyalardan istifadə etməklə bir sıra xəstəlikləri aradan qaldırmaq mümkündür.
Ə.Əmiraslanov vurğulayıb ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var və müzakirə edilən qanun layihəsi bunu əhatə edir.












